Mərkəzi Bank tərəfindən növbəti depozit hərracı keçiriləcək

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb.

BBN.az xəbər verir ki, hərrac 28 yanvar 2019-cu il tarixində keçiriləcək. Saat 11:00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 350 milyon manat vəsaitin cəlb edilməsi planlaşdırılır.

Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 7.76% – 9.74% aralığındadır.

Qeyd edək ki, hibrid formada olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10.00-dı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır