Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin azaldılması ilə bağlı qərar qəbul edib. Uçot dərəcəsi 7.75%-dən 7,5%-ə endirilib.

Faiz dəhlizinin aşağı həddi 5.75%, yuxarı həddi isə 9,25% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, sonuncu azalma cari ilin 25 oktyabr tarixində elan edilmiş, bu zaman uçot dərəcəsi 8%-dən 7.75%-ə endirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır