Home » Mərkəzi Bankda fintex sektorunda rəqəmsal innovasiyaların təşviqi müzakirə edilib

Mərkəzi Bankda fintex sektorunda rəqəmsal innovasiyaların təşviqi müzakirə edilib

by Aytac
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankında (AMB) fintex sektorunda rəqəmsal innovasiyaların təşviqi müzakirə edilib.

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Azərbaycan Fintex Assosiasiyasının (AzFina) nümayəndələri ilə görüşüb. Sədr müavini Vüsal Xəlilov AzFina-nın yeni İdarə Heyəti üzvlərini və sədrini təyinatları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüş zamanı 2025-ci ilin üçüncü rübü üzrə fintex ekosistemində müşahidə olunan meyllər və sektorun inkişaf prioritetləri müzakirə olunub. Daha sonra Mərkəzi Bankın rəqəmsal ödəniş infrastrukturunun əhatə dairəsinin genişləndirilməsi, o cümlədən fintex sektorunda dayanıqlı inkişafın dəstəklənməsi və rəqəmsal innovasiyaları təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslər iştirakçıların diqqətinə çatdırılıb.

Həmçinin fintex şirkətləri ilə banklar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair ətraflı fikir mübadilə aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.