Mərkəzi Bankın beynəlxalq ehtiyatları azalıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2016-cı ilin sonuna analitik balansını açıqlayıb.

Balans göstəricilərinə əsasən, 2016-cı ilin sonuna Mərkəzi Bankın rəsmi beynəlxalq ehtiyatları 3 milyard 974,4 milyon ABŞ dolları təşkil edir.

Bu noyabr ayının sonuna olan göstərici ilə müqayisədə 36,6  milyon dollar və ya 0,9% azalma deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 20,8%-lik və ya 1 milyard 42,3 milyon dollarlıq azalma baş verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır