Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

15 Avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101070S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az xəbər verir ki, hərrac zamanı 11 investor tərəfindən qiyməti 99.2290 AZN (9.99%) ilə 99.3812 AZN (8.01%) arasında olan 18 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 383 623 000 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3056 AZN (8.99%) müəyyən edilib. Hərrac nəticəsində yerləşdirilmiş istiqrazların ortaçəkili qiyməti 99.3451 AZN (8.4756%), istiqrazların yerləşdirilmiş həcmi isə 300 000 000 AZN təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi 12.09.2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır