Mərkəzi Bankın notlarının yerləşdirməsi üzrə hərracın nəticəsi açıqlanıb

12 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100158S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 100 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 15 investor tərəfindən 18 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 417,389,600.00 AZN təşkil edib.

Sifarişlər 99.2278 AZN (10.01%) qiymətində təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti – 99.2278 AZN (10.01%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 12.07.2017  tarixində həyata keçirilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 100,000,000.00 AZN manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, notların ödəmə tarixi 09.08.2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır