Mərkəzi Bankın dövlət qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb

4 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının 1,000,000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100457S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Dövlət qısamüddətli notlarının hər birinin nominal dəyəri 100 manatdır.

Qeyd edək ki,  sözügedən notların tədavül müddəti 28 gündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır