Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

7 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101576S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 656,724,500.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 AZN təşkil edib.

Notların ödəmə tarixi 04.09.2019

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır