Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb

2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 1 000 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100157S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Sözügedən notların tədavül müddəti 28 gündür.

Qeyd edək ki, MBNP tərəfindən 26 may 2017-ci il tarixində Mərkəzi Bankın hər birinin nominal dəyəri 100 manat olan 5 000 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 57S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır