Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

28 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101876S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 595 093 600.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100,000,000.00 AZN təşkil edib.

Notların ödəmə tarixi 25.09.2019-cu ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır