Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

13 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103276S dövlət qeydiyyat nömrəli, 170 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 773,346,900.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.01%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 000 000.00 AZN təşkil edib.

Notların ödəmə tarixi 12.12.2019

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır