Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

4 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103576S dövlət qeydiyyat nömrəli, 170 mln manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99.5158 AZN (6.04%) və 99.5185 AZN (6.01%) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 879,094,700.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5185 AZN (6.01%), orta ölçülmüş qiyməti 99.5185 AZN (6.01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 000 000.00 AZN təşkil edib.

Notların ödəmə tarixi 03.01.2020 ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır