Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

13 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50203776S dövlət qeydiyyat nömrəli, 30 mln manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.9431 AZN (9.00%) və  98.7329 AZN (5.50%) olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 162,331,300.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.7329 AZN (5.50%), orta ölçülmüş qiyməti 98.7329 AZN (5.50%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 000 000.00 AZN təşkil edib.

Notların ödəmə tarixi 09.03.2020 ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır