Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

29 may 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100576S  dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.4959 AZN (6.76%) olan 29 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 875,101,900.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4959 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4959 AZN (6.76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi  200,000,000.00 AZN təşkil edib.

Notların ödəmə tarixi 25.06.2019-cu ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır