Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

7 oktaybr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50101583S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 99.4974 (6.49%) və 99.5351 (6.01%)  olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 725,888,100.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351  (6.01%), orta ölçülmüş qiyməti is 99.5351 (6.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 04.11.2020-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır