Mərkəzi bankın valyuta ehtiyatları çoxalıb

2018-ci ilin mart ayının 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 5 508.0 mln. ABŞ dolları təşkil edib.

BBN.az AMB-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici fevral ayı ilə müqayisədə 120,7 mln. dollar və ya 2,24% çoxdur.

Qeyd edək ki, qurumun valyuta ehtiyatları ötən ilin müvafiq dövrünə nisbətən 1 075,3 mln dollar və yaxud 24,3% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır