Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

25 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103976S dövlət qeydiyyat nömrəli, 170 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5543 AZN (5.76%) volan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 940,897,400.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 AZN (5.76%), orta ölçülmüş qiyməti 99.5543 AZN (5.76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 000 000.00 AZN təşkil edib.

Notların ödəmə tarixi 23.01.2020 ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır