Məşhur treyder fondunu bağlayıb

İşgüzar dairələrdə “Tanrı” ləqəbini qazanan Endi Holl rəhbəri olduğu fondun fəaliyyətini dayandırıb.

Bu barədə Endi Holl səhmdarlara ünvanladığı məktubda bildirib.

“Astenbeck Capital”ın fəaliyyətinin dayandırılmasına əsas səbəb kimi fondun ilin ilk yarısında ciddi maliyyə itkiləri ilə üzləşməsi göstərilib.

Məlumata görə, fondun cari ilin ilk yarısında itkiləri 30% artıb.

Holl səhmdarlara bildirib ki, yaxın perspetkivdə neftin bahalaşacağını gözləmir. Onun sözlərinə görə, gələn il qiymətlər arta bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır