Məcburi dövlət sosial sığorta ödəmələri 10,7% artıb

2024-cü ilin yanvar-mart ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar  1,3 milyard manatdan çox olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7% və ya 127,6 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% artaraq 847,3 milyon manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% artıb və 46 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,5% artaraq 34,7 milyon manata çatıb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 8,8% artıb və 232,6 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,2% artaraq 164,7 milyon manat təşkil edib.

Related posts

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir – Foto

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı