Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Məlumat Mərkəzinin idarə edilməsi üzrə Türkiyə təcrübəsi öyrənilmişdir - BBN

Məlumat Mərkəzinin idarə edilməsi üzrə Türkiyə təcrübəsi öyrənilmişdir

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 19-20 dekabr 2024-cü il tarixlərində müştəri məlumat mərkəzi mövzusunda bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur.

Səfər çərçivəsində aşağıdakı qurumların bu sahəyə məsul rəhbər şəxsləri və mütəxəssisləri ilə görüşlər təşkil edilmişdir:

  1. İş Bankası;
  2. Ziraat Bankası;
  3. Deniz Bankası.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır:

  • Məlumat Mərkəzi ilə bağlı ümumi məlumat;
  • Məlumat Mərkəzi şöbəsinin funksiyası və iş rejimi;
  • Məlumat Mərkəzi sistemində istifadə olunan proqram təminatları;
  • Məlumat Mərkəzi üçün FAQ-ların hazırlanması;
  • Məlumat Mərkəzi əməkdaşlarının inkişaf planları;
  • Məlumat Mərkəzi əməkdaşlarının stresə davamlılığının təmini;
  • Məlumat Mərkəzi əməkdaşlarının motivasiya xarakterli proqramları?
  • Digər strukturlarla kommunikasiya necə təşkil olunur?
  • Məlumat Mərkəzi sisteminin texniki dəstəklənməsi;
  • Süni intellekt istifadəsi hansı formada təşkil olunur?
  • Bank Məlumat Mərkəzlərinin İnkişaf Prosesləri və Sektor Təhlili;
  • Məlumat Mərkəzlərində Texnoloji İnkişaf;
  • Məlumat Mərkəzlərində Rəqəmsallaşma Prosesləri;
  • Məlumat Mərkəzi Tranzaksiya Müxtəlifliyi və Tətbiqləri.

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə  Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

BMT rəsmisi: “Azərbaycanda sosial-iqtisadi artım üçün sıx əməkdaşlıq edirik”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı