Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Məmməd Abbasbəyli: "Azərbaycanda maliyyə sanksiyaları və cərimələr sərtləşəcək" - BBN

Məmməd Abbasbəyli: “Azərbaycanda maliyyə sanksiyaları və cərimələr sərtləşəcək”

Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə qanun pozuntuları ilə bağlı tətbiq edilən maliyyə sanksiyaları və cərimələr ciddiləşəcək.

BBN.az “Report”a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, bildirib ki, maliyyə sanksiyalarının tətbiq olunmasının məqsədi dövlət büdcəsinə vəsait yığmaqdan ibarət deyil:

“Bu addım daha çox həmin davranışın gələcəkdə təkrar olunmaması istiqamətindədir. Qanunu pozan subyektə qarşı cərimə onun qanunu pozması nəticəsində əldə etdiyi mənfəətdən çox olmasa həmin subyekt bu davranışı təkrar edəcək. Sanksiyaların ciddiləşdirilməsinin əsas məqsədi də gələcəkdə bu qanun pozuntularının qarşısını almaqdan ibarətdir”.

M.Abbasbəyli əlavə edib ki, Rəqabət Məcəlləsi hökumətə təqdim edilib: “Hazırda sənəd Prezident Administrasiyasında baxılır və qısa müddətdə Milli Məclisə təqdim edilməsi gözlənilir”.

Related posts

Moody’s: Yeni nəzarət strategiyası Azərbaycanda bank sektorunu gücləndirəcək

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Trampdan NATO ilə bağlı sərt xəbərdarlıq!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı