Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Mənim peşəm İT mütəxəssisidir” adlı layihəyə yekun vurulub - BBN

“Mənim peşəm İT mütəxəssisidir” adlı layihəyə yekun vurulub

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) texniki dəstəyi ilə Avropa Tələbələr Forumu-Sumqayıt ictimai birliyinin “Mənim peşəm İT mütəxəssisidir” adlı layihəyə yekun vurulub. Layihə çərçivəsində İKT sahəsində təhsil alan tələbələr üçün təlimlər təşkil edilib. Təlimlər AKTA-nın əməkdaşı Müşərrəf Məmmədova tərəfindən keçirilib.

Təlimlərin əsas məqsədi İKT sahəsində təhsil alan tələbələrin İKT və kibertəhlükəsizlik biliklərinin artırılması, rəqəmsal dünyada kibertəhdidlərlə mübarizə üsullarının öyrənilməsi olub. Təlimlərdə Sumqayıt Dövlət Universitetinin 50-dən çox tələbəsi iştirak edib və onlara mümkün kibertəhdid və kiberhücumlar, eləcə də kibertəhlükəsizliyə yeni yanaşmalar barədə məlumatlar verilib.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı