Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Məqsədlərin dəyişdirilməsi: Müxbir bankçılıqda ABŞ və Avropa Birliyinin tənzimləyici dəyişikliklərindən necə faydalanmaq olar” adlı vebinar keçirilmişdir - BBN

“Məqsədlərin dəyişdirilməsi: Müxbir bankçılıqda ABŞ və Avropa Birliyinin tənzimləyici dəyişikliklərindən necə faydalanmaq olar” adlı vebinar keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün müxtəlif təlim proqramları və layihələr həyata keçirir, eyni zamanda əhalinin maliyyə savadlılığının artırılmasına müvafiq layihələrlə daima dəstək verir.

Bu cür tədbirlərin davamı olaraq, ABA tərəfindən 7 aprel 2021-ci il tarixində “Məqsədlərin dəyişdirilməsi: Müxbir bankçılıqda ABŞ və Avropa Birliyinin tənzimləyici dəyişikliklərindən necə faydalanmaq olar” adlı vebinar keçirilmişdir. İngilis dilində keçirilmiş vebinarda “Elucidate”-nin rəhbəri Shane Riedel və eksperti Max Heywood, “Raiffeisen Bank International”-dan Elitza Kavrakova, Pavel Zarutskyi, Irina Lozenz çıxış etmişdir.

Vebinar zamanı həmçinin “Raiffeisen Bank International” nümayəndələri tərəfindən “Yerli bazarda aktiv olan Avropa Birliyi bankından ilkin baxış-AML tədbirlərinə verilən əhəmiyyət və çoxşaxəli alət dəsti ML-də necə hesablayıcı ola bilər?” (First-hand view from an EU Bank active in the local market- The importance they place on AML measures & how a diversified toolset can counter ML) adlı təqdimat keçirilmişdir.

Vebinar iştirakçılar tərəfindən böyük marağa səbəb olub, sonda mövzu üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

Related posts

“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!

“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi

Mərkəzi Bankın baş direktoru Azərbaycanda İslam banklarının yaradılması perspektivlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı