Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank: "2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir" - BBN

Mərkəzi Bank: “2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir”

Yenilənmiş proqnozlara görə baza ssenari üzrə fərziyyələr sabit qalarsa 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir.

Bu barədə BBN.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilb.

İnflyasiya mühiti, o cümlədən tələb və təklif amillərinin gözlənilən dəyişimi ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Geosiyasi gərginliyin davam etməsi və bəzi aparıcı iqtisadiyyatlarda COVID-19-la bağlı vəziyyət inflyasiyanın xarici mühitini çox dəyişkən edir. Stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artmasının təsiri altında məcmu tələbin genişlənməsi şəraitində iqtisadi artım öz potensial səviyyəsini üstələyir. 2022-ci ildə əhalinin nominal gəlirlərinin 20%-i üstələyən artımının ardınca cari ildə növbəti sosial islahat paketinin reallaşması və kredit aktivliyi məcmu tələbin əsas komponenti olan istehlakı əhəmiyyətli artıra bilər. 2022-ci ilin dekabrında illik inflyasiya 14.4% olmuşdur ki, bu da 2022-ci ildə müşahidə edilən pik səviyyə (sentyabr ayında 15.6%) ilə müqayisədə cəmi 1.2% bəndi azdır. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq inflyasiyası 19% olmaqla yüksək olaraq qalır. İstehsalçı qiymətləri (dekabrda illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 10.2%, qeyri-neft sənaye qiymətləri indeksi üzrə 10.6% olub) və idxal qiymətləri (noyabrda illik idxal qiymətlərinin artımı 23.4% olub) indekslərinin artım templəri ikirəqəmli səviyyədədir. İnflyasiya gözləntilərinin həssaslığı da inflyasiya riskləri sırasındadır. 2022-ci ilin dekabrında keçirilən sorğuların nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı 2% bəndi artaraq 22%-ə yüksəlmişdir. Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir. 

Related posts

İki ayda pambıq ixracı 45%-ə yaxın artıb

2 ayda Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

Moody’s: Yeni nəzarət strategiyası Azərbaycanda bank sektorunu gücləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı