Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin beynəlxalq reytinqlərdə önəmi mövzusunda tədbir keçirib - Foto - BBN

Mərkəzi Bank Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin beynəlxalq reytinqlərdə önəmi mövzusunda tədbir keçirib – Foto

Mərkəzi Bank və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə 25 iyun tarixində Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (Reyestr) üzrə məlumatlılığın artırılması məqsədilə vəkillər üçün tədbir keçirilib.

Tədbirdə daşınar əmlakın yüklülüyü haqqında qanunvericilik aktları, hüquqi müstəvinin sahibkarlıq subyektlərinə və kreditorlara verdiyi imkanlar, Reyestrin əmlak üzərində üstünlük hüququnun müəyyən edilməsində önəmi, üstünlükləri və onun praktikada tətbiqi üzrə geniş müzakirələr aparılıb.

Bundan əlavə, tədbir iştirakçılarına Mərkəzi Bankın maliyyə bliklərinə dair elektron resursları da təqdim edilib.

Bildiririk ki, Mərkəzi Bank daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının stimullaşdırılması istiqamətində davamlı olaraq aidiyyəti fokus qruplarına maarifləndirmə tədbirləri həyata keçirir.

Qeyd edək ki, biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu mövzuda aidiyyəti fokus qruplarının maarifləndirilməsi Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır.

Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.

Related posts

Azərbaycan Banklar Assosiasiyası Mizuho Bank ilə rəqəmsal aktivlər və süni intellekt üzrə işgüzar görüş keçirib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub

Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 30 faizdən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı