Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrini açıqlayıb - BBN

Mərkəzi Bank kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrini açıqlayıb

Mərkəzi Bank tərəfindən 2023-cü ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanmışdır.

BBN.az xəbər verir ki, sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.

Sorğu nəticələrinə əsasən 2023-cü ilin IV rübündə biznes və istehlak portfelləri üzrə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması davam etmişdir. Sorğuya əsasən banklar 2024-cü ilin I rübündə də hər 3 portfel üzrə standartların yumşalacağı və tələbin artacağı qənaətindədirlər. Sektorun kredit siyasətindəki dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

2023-cü ilin IV rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq olar:

Sorğunun nəticələri

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı