Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank tərəfindən Beyləqanda vətəndaşların səyyar qəbulu keçiriləcək - BBN

Mərkəzi Bank tərəfindən Beyləqanda vətəndaşların səyyar qəbulu keçiriləcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş qəbullarının keçirilməsi mühüm yer tutur.

Növbəti səyyar qəbul 8 oktyabr tarixində Beyləqan şəhərində keçiriləcəkdir. Qeyd edilən tarixdə qəbul Beyləqan, İmişli, Saatlı, Sabirabad inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir.

Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.

Qeyd edək ki, qəbula dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı