Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank tərəfindən ƏL/TMM sahəsində maliyyə institutlarında institusional risk qiymətləndirilməsinin aparılmasına dair Metodoloji Rəhbərlik təsdiqlənib - BBN

Mərkəzi Bank tərəfindən ƏL/TMM sahəsində maliyyə institutlarında institusional risk qiymətləndirilməsinin aparılmasına dair Metodoloji Rəhbərlik təsdiqlənib

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Maliyyə institutlarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional risk qiymətləndirilməsinin aparılmasına dair Metodoloji Rəhbərlik” təsdiqlənib.

Sözügedən sənədin əsas məqsədi, maliyyə institutlarına cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional risklərin qiymətləndirilməsi prosesində istiqamət vermək və bu sahədə metodoloji biliklərin gücləndirilməsinə dəstək olmaqdır. Qeyd edilən metodoloji yanaşmalar yerli qanunvericilik tələbləri nəzərə alınmaqla beynəlxalq təcrübəyə əsaslanır və risk qiymətləndirilməsinin həyata keçirilməsinə mümkün yanaşmanı ehtiva edir.

Qeyd edək ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-ci maddəsinə əsasən maliyyə institutları illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməlidir. Həmçinin maliyyə institutları öz daxili qayda və prosedurlarına uyğun olaraq bu istiqamətdə risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər.

”Metodoloji Rəhbərlik” mətni ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz:

https://uploads.cbar.az/assets/d290a5c47f251d932318feaec.pdf

Related posts

AccessBank istehlak kreditinin maksimum məbləğini 50 000 AZN-ə qədər artırdı

“PAŞA Sığorta” 20 illik yubileyini qeyd edir

Mastercard kiçik və orta biznes üçün süni intellekt əsaslı virtual top-menecment yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı