Mərkəzi Bank tərəfindən Kürdəmir rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş qəbullarının keçirilməsi mühüm yer tutur.

Növbəti səyyar qəbul 14 yanvar 2026-cı il tarixində Kürdəmir rayonunda keçiriləcəkdir. Qeyd edilən tarixdə qəbul Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Yevlax, Zərdab, Kürdəmir inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir.

Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.

Qeyd edək ki, qəbula dair müraciətləri Mərkəzi Bankın “966” Çağrı Mərkəzi və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.

Related posts

Unibank-da Yeni Təyinatlar

Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin

Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı