Mərkəzi Bank tərəfindən maliyyə xidmətlərinə əlçatanlığın təmin edilməsi ilə bağlı görüş keçirilib – Foto

29 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə eşitmə və nitq məhdudiyyətli şəxslərin maliyyə xidmətlərindən istifadəsi zamanı informasiya əlçatanlığının təmin edilməsi məqsədilə görüş keçirilib.

Azərbaycan Banklar Assosiasiyası (ABA), “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Azərbaycan Sığortaçılar Assosiasiyasının iştirakı ilə baş tutan görüş zamanı bu istiqamətdə mövcud olan çətinliklər və onların həlli yolları ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, əlilliyi olan şəxslərin maliyyə xidmətlərindən istifadəsi zamanı ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı ABA tərəfindən müvafiq tədbirlər həyata keçirilib, bir sıra təşkilatlarla əməkdaşlıq çərçivəsində işlər görülüb. Bu istiqamətdə işlərin icrası hazırda da davam etməkdədir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

Zədələnmiş pullar necə dəyişdirilir? – Video

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı