Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank tərəfindən “Multi Solutions” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib - BBN

Mərkəzi Bank tərəfindən “Multi Solutions” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 28 avqust 2024-cü il tarixli Qərarı ilə “Multi Solutions” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Related posts

Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir

Mərkəzi Bank “Fizza Pay” MMC-nin vəzifəli şəxsini cərimələyib

Mərkəzi Bank AniPay mobil tətbiqi və saytının fəaliyyətini dayandırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı