Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank tərəfindən rəqəmsal platformada “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusu keçiriləcək - BBN

Mərkəzi Bank tərəfindən rəqəmsal platformada “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusu keçiriləcək

25 sentyabr, 2025-ci il, Bakı: Mərkəzi Bank ev təsərrüfatlarının istehlak və yığım üzrə davranış və niyyətləri haqqında məlumat toplamaq, bu qərarlara təsir edən amillər haqqında onların fikirlərini öyrənmək, ev təsərrüfatlarının borc yükü və onun ödənilməsi imkanları ilə bağlı informasiya əldə etmək məqsədilə “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunu keçirir.

Ev təsərrüfatlarının istehlak və yığım üzrə davranış və niyyətləri məcmu tələbin əsasını təşkil etməklə inflyasiya səviyyəsinin və gözləntilərinin formalaşmasında amillərdən biri kimi çıxış edir. Digər tərəfdən borc yükü və ona xidmət göstərilməsi ev təsərrüfatlarının maliyyə dayanıqlılığı və ödəmə qabiliyyətinə təsir edir, onların istehlak və yığım qərarlarının formalaşmasında mühüm rol oynayır.

Sorğu vasitəsilə əldə edilmiş məlumatlar bir sıra makroiqtisadi göstəricilərin təhlili və proqnozlaşdırılması, habelə pul və maliyyə sabitliyi siyasəti qərarlarının verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sorğunun geniş respondent kütləsini əhatə etməsi məqsədilə 25.09.2025 tarixindən Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilməsi nəzərdə tutulur. Sorğunun rübdə bir dəfə olmaqla ildə 4 dəfə keçirilməsi planlaşdırılır. Bütün əhali qruplarını sorğuda fəal iştirak etməyə dəvət edirik. Sorğuya aşağıdakı keçid vasitəsilə daxil olmaq mümkündür:

https://e-cbar.az/Survey/Info/203https://e-cbar.az/Survey/Info/203

Mənbə: Mərkəzi Bank

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı