Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank tərəfindən “Tiko Azərbaycan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib - BBN

Mərkəzi Bank tərəfindən “Tiko Azərbaycan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli Qərarı ilə “Tiko Azərbaycan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Related posts

Azərbaycan vergi məlumatlarının mübadiləsi üzrə beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib

Azərbaycanda mənzil bazarında qiymət artımı sabitləşir

MDM-in sədri: “Yeni maliyyə alətləri üçün çevik infrastruktur qururuq” – MÜSAHİBƏ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı