Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank tərəfindən Xaçmaz rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək - BBN

Mərkəzi Bank tərəfindən Xaçmaz rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş qəbullarının keçirilməsi mühüm yer tutur.

Növbəti səyyar qəbul 7 may tarixində Xaçmaz rayonunda keçiriləcəkdir. Qeyd edilən tarixdə qəbul Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir.

Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.

Qeyd edək ki, qəbula dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.

Related posts

İqtisadi Şura və İnvestisiya Holdinqinin birgə iclası keçirilib, neft məhsullarına dair müzakirə aparılıb

BVF: Azərbaycan-Ermənistan sülh razılaşması regiona sərmayələri artıracaq

Kapital Bank-ın İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı