Mərkəzi Bank üç sığorta növü ilə bağlı tələbləri təsdiqləyib

Azərbaycan Mərkəzi Bankı “Daşınmaz əmlakın icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”in, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”in və “Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”in təsdiq edilməsi barədə qərar qəbul edib.

AMB sədri Taleh Kazımov bununla bağlı qərar imzalayıb.

Yeni qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

APA

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı