Mərkəzi Bankda ABA-ya üzv olan bankların nümayəndələri ilə görüş keçirilib

Mərkəzi Bankın baş direktoru Vüsal Xəlilov Azərbaycan Banklar Assosiasiyasına üzv olan bankların nümayəndələri ilə görüşüb.

Görüş zamanı Mərkəzi Bank tərəfindən innovativ maliyyə texnologiyalarının tətbiqi və rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs olunub. Bu istiqamətdə icra olunan layihələrə banklar tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsinin və layihələrin idarə edilməsinin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb. Görüşdə həmçinin layihələrin icra müddətlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda effektiv fəaliyyətin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin icrası barədə qərar qəbul olunub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

“Gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi” mövzusunda növbəti görüş keçirilib

Bank VTB (Azərbaycan) ASC ATM qoruyucu örtük və papaq (işıqlı qutu) istehsalı üçün AÇIQ TENDER ELAN EDİR

Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması sahəsində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı