Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri tərəfindən yerli maliyyə qurumlarının əməkdaşları üçün üzən faiz dərəcəli istiqrazlar mövzusunda təqdimat keçirilib. - BBN

Mərkəzi Bankda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri tərəfindən yerli maliyyə qurumlarının əməkdaşları üçün üzən faiz dərəcəli istiqrazlar mövzusunda təqdimat keçirilib.

Mərkəzi Bankda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri tərəfindən yerli maliyyə qurumlarının əməkdaşları üçün üzən faiz dərəcəli istiqrazlar mövzusunda təqdimat keçirilib.
Görüş zamanı son illərdə banklararası pul bazarının inkişafı istiqamətində görülmüş işlər, AZİR indeksi və onun hesablanmasında tətbiq edilən yeni metodologiya, eləcə də bu indeksin pul siyasətinin transmissiyasında artan rolu barədə geniş məlumat verilib. Yerli kapital bazarında milli valyutada üzən faiz dərəcəli istiqrazların emissiyası zamanı AZİR indeksinin istinad faiz dərəcəsi kimi tətbiqi ilə bağlı məsələlər ətraflı şəkildə nəzərdən keçirilib, bu istiqamətdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Görüş çərçivəsində həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda nəzərdə tutulan mühüm istiqamətlərdən biri kimi kapital bazarının dərinliyinin artırılması və alət diversifikasiyası baxımından milli valyutada üzən faiz dərəcəli istiqrazların əhəmiyyəti vurğulanıb və bu istiqamətdə AYİB tərəfindən yerli tərəfdaşlarla əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi qeyd olunub.

Related posts

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim

Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı