Mərkəzi Bankda Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Mərkəzi Bankın baş direktoru Fərid Osmanov may ayının 17-də Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb.

Fərid Osmanov fintex ekosisteminin inkişaf tendensiyalarından bəhs edərkən ödəniş xidmətlərinə əlçatanlığın artırılmasında, eləcə də rəqəmsal ödəniş həllərinin tətbiqinin genişləndirilməsində yeni bazar oyunçularının rolunun möhkəmləndirilməsi barədə əsas məqamlara toxunub.

Görüşdə həmçinin Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi və onun imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

Məkkədə Azərbaycan pavilyonu maraqla qarşılanıb

Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda