Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankda Dünya Bankının Azərbaycan üzrə yeni ölkə meneceri ilə görüş keçirilib - BBN

Mərkəzi Bankda Dünya Bankının Azərbaycan üzrə yeni ölkə meneceri ilə görüş keçirilib

İyunun 29-da Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun Dünya Bankının (World Bank) Azərbaycan üzrə yeni ölkə meneceri xanım Stefanie Stallmeisterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. 

BBN.az bu haqda Mərkəzi Bankın rəsmi X başqa adla “Twitter” sosial şəbəkəsinə istinadən xəbər verir. 

“Görüşdə Dünya Bankının Azərbaycandakı mövcud fəaliyyəti və 2023-2028-ci illlər üzrə yeni əməkdaşlıq çərçivəsinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda Dünya Bankı və Mərkəzi Bank arasında cari əməkdaşlıq, texniki yardım layihələrinin icra vəziyyəti və gələcək dövr üçün yeni texniki yardım istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib”, – deyə AMB-dən bildirilib.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı