Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankda Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası təşkil olunub - BBN

Mərkəzi Bankda Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası təşkil olunub

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılmış Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İşçi qrupunun sədri, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov giriş nitqi ilə çıxış edərək Strategiya çərçivəsində “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” üzrə əldə olunmuş nəticələr barədə məlumat verib, növbəti dövrlərdə də aidiyyəti tədbirlərin səmərəli icrası üçün bütün səylərin göstərilməsinin zəruri olduğunu vurğulayıb. Daha sonra, işçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov təqdimatla çıxış edərək 2025-ci ilin ilk yarımili ərzində görülmüş işlər və əldə olunmuş nəticələr ilə bağlı ətraflı məlumat verib.

Ətraflı məlumat üçün: https://www.cbar.az/press-release-5262/view

#MərkəziBank

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı