Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankda maliyyə institutları üçün silsilə təlimlər keçirilmişdir - BBN

Mərkəzi Bankda maliyyə institutları üçün silsilə təlimlər keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) maliyyə institutlarının fəaliyyətlərində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun (ƏL/TMM Qanunu) tələblərinin effektiv və keyfiyyətli tətbiqinin təmin olunmasını əhəmiyyətli hesab edir. Bu istiqamətdə qeyd olunan məqsədlərin əldə olunması üçün Mərkəzi Bank və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən ƏL/TMM Qanunun tətbiqinə dair 27-30 noyabr tarixlərində maliyyə institutları üçün silsilə təlimlər keçirilmişdir.

Təlimdə maliyyə institutlarının (bank, bank olmayan kredit təşkilatları, investisiya şirkətləri, həyat yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortaçılar, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər, poçt rabitəsinin milli operatoru və mərkəzi depozitar) ümumilikdə 130-dan çox əməkdaşı iştirak etmişdir.

Mərkəzi Bank bundan sonra da ƏL/TMM qanunvericiliyin tələblərinin effektiv təmin edilməsi üçün maliyyə institutlarının işçi heyətinin bilik və bacarıqların artırılması istiqamətində tədbirləri davam etdirəcəkdir.

Related posts

Yanvarda icmal büdcədə 2,7 milyard manata yaxın profisit yaranıb

Yanvarda dövlət büdcəsində 2,7 milyard manatdan çox profisit yaranıb

Dövlət əmlakının icarəsindən büdcəyə 4,9 milyon manat daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı