Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankdan PARA BOKT ilə bağlı - Açıqlama - BBN

Mərkəzi Bankdan PARA BOKT ilə bağlı – Açıqlama

“PARA” Bank Olmayan Kredit Təşkilatının (BOKT) fəaliyyəti 2021-ci il sentyabr ayından bugünədək müvafiq fondlar qarşısında öhdəliklərinin icrasına yönəldilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

“PARA” BOKT 2017-ci ildə “Parabank”ın yenidən təşkili nəticəsində yaradılıb. Hesabat tarixinə “Parabank” ASC-nin BOKT-a çevrilmədən öncə olmuş depozit portfeli üzrə fiziki və hüquqi şəxslər qarşısında öhdəliyi olmasa da, müvafiq fondlar qarşısında icra olunmamış öhdəlikləri mövcuddur”, – AMB qeyd edib.

Bildirilir ki, BOKT tərəfindən 2021-ci il sentyabr ayından etibarən kreditləşmə fəaliyyəti həyata keçirilməyib, fəaliyyəti əsasən müvafiq fondlar qarşısında öhdəliklərinin icrasına istiqamətlənən tədbirlərin həyata keçirilməsindən ibarət olub: “BOKT-un sözügedən öhdəliklərinin icrası AMB tərəfindən aidiyyəti fondlarla koordinasiya edilməklə diqqət mərkəzində saxlanılır”.

Related posts

“S&P Global Ratings”: Risk-əsaslı nəzarət kredit risklərini azaldacaq

Expressbank – YENİ ÜNVANDA

Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq halları artıb – IV rübdə 3 386 fakt qeydə alınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı