Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın əməkdaşları üçün maarifləndirici seminar təşkil olunub - BBN

Mərkəzi Bankın əməkdaşları üçün maarifləndirici seminar təşkil olunub

29 Sentyabr – Ümumdünya Ürək Günü münasibətilə Mərkəzi Bankın əməkdaşları üçün sağlam həyat tərzinin təşviqinə həsr olunmuş maarifləndirici seminar təşkil olunub.

Seminarda iştirakçılara ürək-damar xəstəliklərinin yaranma səbəbləri, risk amilləri və onların qarşısının alınması yolları haqqında uzman həkim tərəfindən ətraflı məlumat təqdim olunub, sağlam qidalanma və fiziki aktivliyin ürək sağlamlığının təmin olunmasında əhəmiyyəti vurğulanıb.

Seminar zamanı əməkdaşlar ürək sağlamlığına xidmət edən addımları qeyd edərək özlərinə sağlamlıq fəaliyyətlərinə dair yol xəritəsi hazırlayıb. Qeyd edək ki, Mərkəzi Bank əməkdaşlarının sağlamlığına və rifahına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən “Gümrah Əməkdaş” layihəsi çərçivəsində mütəmadi olaraq məlumatlandırıcı sessiyalar və sağlamlıq təşəbbüsləri təşkil olunur.

Related posts

“Fitch Ratings” Azərbaycanın çevik valyuta məzənnəsinə keçəcəyini gözləmir

Azərbaycanda 2 ayda vətəndaşlara 35 milyon manat ƏDV geri qaytarılıb

“Fitch”: Azərbaycan rəqəmsal valyuta üçün ikisəviyyəli model seçə bilər – EKSKLÜZİV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı