Mərkəzi Bankın 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

30 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2147024700 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,609.8405 (8.7%) manat və 9,627.1099 (8.3%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 38,440,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,617.6100 (8.52%) manat və orta ölçülmüş qiyməti isə 9,620.0464 (8.46%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 14.02.2024-cü ildir.

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

Maliyyə Nazirliyinin 1092 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Maliyyə Nazirliyinin 364 günlük qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı