Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANATI

“2024-cü ildə Mərkəzi Bankın pul siyasəti qiymət sabitliyinin təmin edilməsinə, proqnozlaşdırılan inflyasiya və inflyasiya gözləntilərinin qəbul edilmiş dəhliz daxilində sabitləşməsinə yönəldiləcəkdir”.

BBN.az xəbər verir ki, bu haqda Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.

“Pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi, bank sektorunda likvidliyin daha effektiv idarə olunması və maliyyə bazarlarının infrastruktur imkanlarının genişləndirilməsi istiqamətlərində islahatlar davam etdiriləcək.

Qiymət sabitliyi ilə bağlı bir sıra risklər 2024-cü il üzrə də aktuallığını saxlayır. Növbəti ildə də xarici faktorlar – dünya bazarında əmtəə qiymətlərinin dinamikası və ticarət tərəfdaşlarında inflyasiya prosesləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcəkdir. Qlobal mühitdə geosiyasi gərginliyin davam etməsi şəraitində 10 sözügedən xarici faktorlar çox dəyişkən ola bilər.

2024-cü ildə də pul siyasəti qərarlarının qəbulu zamanı valyuta bazarında gedən proseslər nəzərə alınacaqdır. Növbəti ildə də manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağı gözlənilinir. İnflyasiya proseslərlərinin idarə edilməsində mühüm rolunu nəzərə alaraq Mərkəzi Bank 2024-ci ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcəkdir.

2024-cü ildə də inflyasiya üzrə müəyyən edilmiş hədəfə nail olunması əhəmiyyətli dərəcədə makroiqtisadi siyasət institutları arasındakı koordinasiyadan da asılı olacaqdır. Ona görə də Mərkəzi Bank pul siyasətinin iqtisadi siyasətin müxtəlif istiqamətləri ilə koordinasiyasının gücləndirilməsi istiqamətində təşəbbüsləri davam etdirəcəkdir”, – deyə AMB-nin açıqlamasında qeyd edilib.

Qeyd edilib ki, 2024-cü ildə Mərkəzi Bankın qarşısına qoyduğu hədəflərdən biri də analitik təhlillər və iqtisadi modellərdə süni intellektin (AI) istifadəsini nəzərdən keçirməklə makroiqtisadi proqnozvermə qabiliyyətinin təkmilləşdirilməsidir: “Əsas məqsəd pul siyasəti qərarlarını nəzəri və ekonometrik cəhətdən adekvat modellərin nəticələrini nəzərə almaqla qəbul etməkdir. Model aparatı Azərbaycanın və xarici ekspertlərin makroiqtisadiyyat və kəmiyyət metodları üzrə son elmi araşdırmaları, eləcə də mərkəzi bankların qabaqcıl təcrübələri əsasında təkmilləşdiriləcəkdir. Alternativ statistik göstəricilər əldə etmək üçün real sektorla əməkdaşlıq genişləndiriləcək, mikroiqtisadi məlumatlardan təşkil olunmuş irihəcmli verilənlər bazasının formalaşdırılması davam etdiriləcəkdir”.

Azərbaycan Respublikası Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANATI Mərkəzi Bankın internet səhifəsində yerləşdirilmişdir.

Ətraflı: https://lnkd.in/ewWDieHw

Related posts

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxılıb

Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı