Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - BBN

Mərkəzi Bankın 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

21 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2161024701 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9432.1826 (8.6%) manat və 9441.5395 (8.45%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59,060,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9439.0380 (8.49%) manat, orta ölçülmüş qiyməti isə 9439.1381 (8.49%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 30.05.2024-cü ildir.

Related posts

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb

“AFB Bank” brendinin yenilənməsi imkanlarını araşdırır

AMB-də kommersiya banklarının strateji hədəfləri müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı