Mərkəzi Bankın 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

8 may 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2251024702 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 99,385.4665 (7.95%) manat və 99,512.3893 (6.3%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23,500,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,440.8112 (7.23%) manat və orta ölçülmüş qiyməti 99,450.3677 (7.11%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 05.06.2024-cü ildir.

Related posts

Sosial sığorta ödəmələri 10,9 faiz artıb

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Mərkəzi Bank tərəfindən Cəlilabad rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək