Mərkəzi Bankın 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

10 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2131024708 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9794.3193 (9%) manat və  9828.0143 (7.5%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 27,970,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9819.453 (7.88%) manat və orta ölçülmüş qiyməti isə 9821.9081 (7.77%) manat olaraq müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 02.11.2023-cü ildir.

 

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı