Mərkəzi Bankın 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

15 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2212024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98,442.6375(6.78%) manat və  98,573.9633 (6.20%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 29,900,000  manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,442.6375(6.78%) manat, orta ölçülmüş qiyməti isə 98,474.1776 (6.64%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 29,900,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 09.05.2024-cü ildir.

Related posts

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Qızıl yenidən bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı