Mərkəzi Bankın dəstəyi ilə “FinEdge: Açıq bankçılıq və açıq maliyyə” tədbiri keçirilib – Foto

17 oktyabr tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Fintex Assosiasiyasının və “AndersenLab” şirkətinin dəstəyi ilə Bakıda “FinEdge: Açıq bankçılıq və açıq maliyyə” tədbiri keçirilib. Tədbirdə Azərbaycanın maliyyə xidmətləri sektorunun açıq bankçılıq və açıq maliyyə sahəsindəki yeniliklərin təsiri ilə necə transformasiya etməsinə dair məlumatlar vurğulanıb.

Açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın baş direktoru Vüsal Xəlilov Mərkəzi Bankın ölkənin maliyyə sektorunun rəqəmsal transformasiya strategiyasının bir hissəsi kimi Açıq bankçılıq ilə bağlı baxışlarını diqqətə çatdırıb. O, Açıq bankçılıq konsepsiyasının daha inklüziv, şəffaf və effektiv maliyyə ekosisteminin yaradılmasında mühüm addım olduğunu bildirib. Vüsal Xəlilov Açıq bankçılığın yalnız tənzimləmə tələbi kimi deyil, həm də strateji fürsət kimi dəyərləndirilməli olduğunu qeyd edərək bu yanaşmanın innovasiyaları stimullaşdırdığını, müştəri təcrübəsini yaxşılaşdırdığını, eləcə də banklar, fintex şirkətləri və üçüncü tərəf təminatçıları arasında əməkdaşlığı təşviq etdiyini söyləyib. O, Açıq bankçılığın sadəcə texnoloji dəyişiklik deyil, Azərbaycanın maliyyə xidmətlərinin gələcəyini yenidən müəyyənləşdirmək, həmçinin maliyyə ekosistemində əməkdaşlıq və innovasiyaları təşviq etmək imkanı olduğunu vurğulayıb.

Tədbir zamanı “AndersenLab” şirkətinin nümayəndəsi Dmitri Gibert, eləcə də Gürcüstan Mərkəzi Bankının nümayəndəsi Vasil Şengeliya Açıq bankçılıq üzrə inkişaf meyilləri barədə məlumatlandırıcı sessiyalarla çıxış edib. Tədbirdə həmçinin Açıq bankçılığın inkişaf tarixi və müxtəlif regionlarda bu sahəni tənzimləyən hüquqi çərçivələrlə bağlı məlumatlar da təqdim olunaq ən yaxşı beynəlxalq təcrübələr nəzərdən keçirilib.

Tədbir “PSD3” və “FIDA” kimi gələcəkdə gözlənilən tənzimləmələr, eləcə də “BIS Innovation Hub” (BISIH) kimi təşəbbüslərin qlobal açıq maliyyə sektorunu necə formalaşdırdığına dair sessiya ilə yekunlaşıb.

Related posts

ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının nümayəndəsi ilə görüş keçirilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüşüb

ABA-nın “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı